"Qəbələ" futbolçusu ilə müqaviləni yenilədi

15:16 11 May 2017

“Qəbələ” müdafiəçisi Vitali Vernidubla yeni müqavilə imzalayıb.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı futbolçu bu mövsümün sonu başa çatacaq müqavilənin müddəti daha bir il uzadılıb.

 

Qeyd edək  ki, 2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub komandanın heyətində Premyer Liqanın 2015-2016 mövsümündə bürünc, 2016-2017 mövsümündə isə gümüş mükafatını qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.


Digər xəbərlər

Xəbər xətti