Vüqar Nadirov “Qarabağ"dan ayrıldı

20:43 11 May 2017

“Qarabağ” klubu futbolçusu Vüqar Nadirovla yolları ayırıb.

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Nadirov ötən ilin iyulunda "Qarabağ"la bir illik müqavilə imzalamışdı. 

Qeyd edək ki, Ağdam klubunun yetirməsi olan 29 yaşlı hücumçu bu mövsüm “Qarabağ”da heyətə düşə bilmirdi.


Xəbər xətti