Yaşar Vahabzadədən qələbə şərhi

22:14 11 May 2017

"İki müxtəlif hissə oldu. İlk yarıda Səudiyyə Ərəbistanı daha yaxşı təsir bağışladı. Bizim də ötürmələrdə səhvlərimiz oldu".
 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, bunu 23 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyliyi Oyunlarının qrup mərhələsinin II turunda Səudiyyə Ərəbistanına qalib gəldikləri oyundan (2:0) sonra söyləyib. O bildirib ki, fasilədə futbolçulara verilən tapşırıqlar bəhrəsini verib. Y.Vahabzadə milli üzvlərinin aqressiv oyununa da toxunub:

 

"Oyun epizodlarıdır. Belə şeylər olur. Hava küləkli olduğu üçün səsim onlara çatmırdı. Ona görə çox qışqırmalı olurdum".
 

Vahabzadə Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisinin Mərakeş yığmasının fiziki cəhətdən Azərbaycandan üstün olması ilə bağlı fikrinə də münasibət bildirib:

 

"Mərakeş pis komanda deyil. Deməzdim ki, bizim uşaqlar fiziki cəhətdən zəifdirlər. Növbəti matçda bizi heç-heçə qane etsə də, öz oyunumuzu oynayacağıq. Meydana qələbə üçün çıxacağıq".
 

Qeyd edək ki, Azərbaycan millisi sonuncu turda Mərakeş yığması ilə qarşılaşacaq. Matç mayın 15-də keçiriləcək.


Xəbər xətti