"Zirə"də 3 futbolçunu komandada saxladı

11:48 12 May 2017

“Zirə” müqaviləsi başa çatan 3 futbolçu ilə yeni müqavilə imzalayıb. 
 

Sportarena.az xəbər verir ki, müdafiəçi Təmkin Xəlilzadə və qapıçılar Anar Nəzirovla Kamal Bayramov komandada saxlanılıb. Hər 3 futbolçu ilə bir illik müqaviləyə imza atılıb.


Qeyd edək ki, bu futbolçular Premyer Liqadakı debüt mövsümündən “Zirə”də  çıxış edir.


Xəbər xətti