"Bu yaşda özümü cavan hiss edirəm" - “Kəpəz”in 60 yaşlı məşqçisi

14:56 12 May 2017

Tanınmış futbol məşqçisi, təcrübəli mütəxəssis Fuad İsmayılovun 60 yaşı tamam olur. Doğma komandası “Kəpəz”ə həmişə bağlılığı ilə seçilən İsmayılov futbolçu (1977-81) və məşqçi karyerasına da Gəncə klubunda başlayıb. Zədə səbəbindən oyunçu karyerasını tez başa vurmalı olan İsmayılov 1982-ci ildən məşqçilik fəaliyyətinə start verib. O, müxtəlif illərdə klubun ayrı-ayrı yaş qrupları üzrə komandalarının, əvəzedici heyətin, həmçinin əsas komandanın baş məşqçisi olub. “Kəpəz”dən başqa, Qusarın “Şahdağ” klubunda işləyib.

Fuad İsmayılov hazırda “Kəpəz”in U-14 komandasında çalışır.

 

Sportarena.az xəbər verir ki, “Kəpəz”in saytı doğum günü ilə bağlı yubilyardan açıqlama alıb:

 

“Təbrikə görə minnətdaram. Bu yaşda özümü cavan hiss edirəm. Çünki uşaqlarla işləyirəm, onlar adamı qocalmağa qoymaz (gülür).

 

Hamımızın məqsədi həmişə Azərbaycan, Gəncə futboluna xidmət etməkdi. Maksimum güc sərf etməklə “Kəpəz”in əvvəlki əzəmətini, şöhrətini özünə qaytarmaq istəyirik, bütün səylərimiz buna yönəlib. Komandanın heyətində öncəki illərdə olduğu kimi, yenə gəncəli futbolçuların çox olması üçün yorulmadan çalışırıq. Yaxşı uşaqlar var, həm bizim klubumuzda, həm də yerli idman məktəblərində. Şəraitimiz daha yaxşı olduqca, klubumuzdan daha çox güclü oyunçular çıxacaq. Getdikcə işlərimiz yaxşılaşır, gələcəkdə yəqin ki, lap yaxşı olacaq”.


Digər xəbərlər

Xəbər xətti