Boksçumuz İslamiadaya qələbə ilə başladı

15:19 12 May 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb. +91 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.

O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq. 


Digər xəbərlər

Xəbər xətti