Messi İspaniyada ən yaxşı oldu

16:20 12 May 2017

İspaniya La Liqasında aprel ayının ən yaxşı məşqçisi və futbolçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, ayın ən yaxşı məşqçisi “Malaqa”nın çalışdırıcısı Miçel Qonsales seçilib. Onun komandası apreldə keçirdiyi 6 oyunun 4-də qalib gəlib.

“Barselona"nın hücumçusu Lionel Messi isə ən yaxşı futbolçu adına sahib çıxıb. Argentinalı futbolçu apreldə meydana çıxdığı 6 oyunda 8 qol vurub.


Digər xəbərlər

Xəbər xətti