Ən gözəl qolun müəllifi məlum oldu - Birinci divizionda - VİDEO

16:56 12 May 2017

Azərbaycan 1-ci divizionunun 2016/2017-ci illər mövsümündə aprel ayının ən gözəl qolunun müəllifi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Peşəkar Futbol Liqasının azarkeşlər və jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən “Qaradağ Lökbatan”ın futbolçusu Rüfət Məmmədov bütün rəqiblərini böyük ölçüdə üstələyib. Azarkeşlər və jurnalistlərin seçimində eyni futbolçu 1-ci olduğu üçün qaydalara əsasən, Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib.


Beləliklə, Rüfət Məmmədov 1-ci divizionda aprel ayının ən gözəl qolunun müəllifi olub.

 

 


Digər xəbərlər

Xəbər xətti