"Beşiktaş"ın futbolçusuna 1 oyunluq cəza - Orta barmaq işarəsinə görə

17:34 12 May 2017

“Beşiktaş”ın futbolçusu Anderson Taliska 1 oyunluq cəzalandırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb. Superliqanın 30-cu turunda "Fənərbaxça” ilə oyunda rəqib komandanın qapıçısı Volkan Dəmirələ orta barmağını göstərən 23 yaşlı yarımmüdafiəçi növbəti oyunu buraxacaq.

 

Qeyd edək ki, "Beşiktaş" növbəti oyununu səfərdə "Bursaspor"a qarşı keçirəcək.


Xəbər xətti