İngiltərə - Almaniya dueli - 6 ayda 3-cü dəfə

23:37 12 May 2017

Noyabrda İngiltərə və Almaniya milliləri arasında yoldaşlıq görüşü keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma möhtəşəm “Uembli” stadionunda oynanılacaq.

 

Maraqlıdır ki, İngiltərə Futbol Assosiasiyası və Almaniya Futbol İttifaqının razılığı əsasında komandalar son yarım ildə üçüncü dəfə üz-üzə gələcək. 2016-cı ilin martında son dünya çempionları Berlində 2:3 hesabı ilə məğlub olmuşdusa, bu ilin martında Dortmundda meydandan minimal hesablı qələbəylə (1:0) ayrılmışdı.


Xəbər xətti