Sportarena.az
18 Oktyabr 2017

"Hazırda da sponsor axtarışındayıq" - Nadir Nəbiyev - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA-nın Lisenziyalaşdırma Qrupunun iclasında 8 komandaya lisenziya verilməsi ilə bağlı qərar verilib.

 

Sportarena.az xəbər verir ki, I Divizion klublarından yalnız “Səbail” klubu bu hüquqa yiyələnib. Çempion “Turan Tovuz”un lisenziya alması gözlənillsə də, maliyyə problemi, daha doğrusu, təminat məktubu təqdim olunmadığından Tovuz təmsilçisi lisenziya ala bilməyib. Bu haqda klubun icraçı direktoru Nadir Nəbiyev açıqlama verib. 37 yaşlı keçmiş hücumçu "Turan Tovuz"un "Facebook" səhifəsinə ilk olaraq Lisenziyalaşdırma Qrupunun qərarı haqda danışıb:

 

“Biz bu qərarı gözləyirdik. Çünki sponsor tapmaqda çətinlik çəkirik. Maliyyə məsələsindən başqa bütün meyarlar üzrə sənədlərimiz qaydasındadı. Hazırda da sponsor və maliyyə dəstəyi axtarışındayıq. Ümidimizi üzməmişik. AFFA-da “Turan Tovuz”un Premyer Liqada iştirak etməsində maraqlıdı. Klubumuzun yaşamasında AFFA-nın əməyi danılmazdır. Onların maddi dəstəyi ilə ayaqda qalmışıq, çempion olmuşuq. Qeyd etdiyim kimi hələ ümidliyik. Axtarışlarımız davam edir”. 

 

"Turan Tovuz”un lisenziya ala bilməməsinə azarkeşlər də narahatlığını bildiriblər. Klub rəsmisi bu haqda da fikirlərini bildirdi:

 

“Bizim çempion olmağımızda ən böyük qüvvə sadiq azarkeşlərimizdir. İlboyu bütün oyunlarda bizə inanılmaz dəstək verdilər. Onların narahatlığını başa düşürük. Azarkeşlərimizə də, klubumuza da Premyer Liqa yaraşır. Amma qeyd etdiyim kimi maddi problemlər bu istəyimizi reallaşdırmağa imkan vermir”.

 

Nəbiyev klubun bundan sonrakı aqibəti haqda da danışıb:

 

“Son ana qədər çalışacağıq ki, sponsor məsələsi həll olunsun azarkeşlərimiz sevinsin. Mümkün olmayacağı təqdirdə I Divizionda yeni mövsümə hazırlaşacağıq. Tovuz futbolsuz qala bilməz”.

 

Sonda keçmiş futbolçu azarkeşlərə səslənib:

 

“Azarkeşlərimizi səbrli olmağa çağırıram. Onların dəstəyini hər zaman hiss etmişik. Onlar tək oyunlarda 90 dəqiqə yox, hər gün hər saat komandanın yanında olub, dəstəklərini nümayiş etdiriblər. Bu ilki tribunamız bir şeyi bizlərə göstərdi – son dövrlərdə “Turan Tovuz” belə dəstək görməmişdi, azarkeşlərimiz də belə əzmkar “Turan Tovuz”.

Tarix
13.05.17 [00:11]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

18 Oktyabr
17 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio