Millimizin üzvü oynadı, komandası qalib gəldi

10:18 13 May 2017

Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu “Stal” səfərdə “Volın”la qarşılaşıb. Oyun qonaqların minimal hesablı qələbəsiylə nəticələnib. Paşayev meydana start heyətində çıxıb, sonadək oynayıb.

 

Hazırda hesabında 37 xal olan “Stal” ikinci altılıqda 1-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti