"Turan Tovuz" azarkeşləri qəzəbləndi - AFFA-nın qarşısında toplaşacaqlar

11:56 13 May 2017

Birinci divizionun çempionu "Turan Tovuz"un premyer-liqaya buraxılmaması tovuzlu azarkeşlərin etirazına səbəb olub.
 
Sportarena.az xəbər verir ki, ötən həftə bəyanat yayınlayaraq sevimli komandalarını premyer-liqada görmək istədiklərini bildirən bölgənin fanatları bu dəfə AFFA-nın binasının qarşısına toplaşmağı düşünür. Etiraz aksiyasına başlayan tovuzlular artıq narazılıqlarını boz binanın qarşısında bildirməyi planlaşdırıb. 
 
Hətta bununla bağlı "feysbuk" səhifəsi vasitəsilə bildiriş yayınlayaraq Azərbaycanda, xüsusən də Bakıda yaşayan tovuzluları AFFA-nın qarşısına toplaşmağa səsləyiblər.
 
Maraqlıdı ki, digər klub azarkeşlərini köməyə səsləyən tovuzlular, bu müraciəti, xüsusən "Qarabağ"lı tərəfdarlara, Ağdam klubuna və komandanın aparıcı üzvlərindən olan Qara Qarayevə ünvanlayıblar.
 
Bildiriş aşağıdakı kimidi:
 
"Turan" Futbol Klubunun azarkeşlərinə haqsızlıq...!!! Biz premyer-liqa istəyirik...!!! Komandamıza dəstək verən, Tovuzda, Bakıda yaşayan həmyerlilərimiz, AFFA-nın binasının qarşısında haqımızı tələb edəcəyik. Bütün Tovuz azarkeşlərini AFFA-nın binasının qarşısına gəlməsini xahiş edirik...!! @turantovuzfan @turan.tovuz.fan.page @tovuz.tv @tovuz.az Digər klub azarkeşlərində xahişimiz: Azərbaycan futbolu naminə, futbol naminə bizə kömək edin..!!! @fkqarabaghaz @fkqarabagh @qarabag_fk_qarabag @fkqarabagh_1951 @qarayev_qara2_fan".


Digər xəbərlər

Xəbər xətti