Yusifzadə və Şahsuvarlı qalib gəldi - YENİLƏNİB

21:47 13 May 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışları davam edəcək. Apasport.az saytının məlumatına görə, boks millimizin daha üç üzvü rinqə çıxacaq.

 

52 kq çəki dərəcəsində yarışan Məsud Yusifzadə ilk görüşünü keçirib. Dəri əlcək ustamızın rəqibi türkiyəli Ömər Koça qalib gəlib. Yusifzadə 1/4 finalda Abrorjon Kodırovla (Özbəkistan) qüvvəsini sınayacaq. Bu qarşılaşma mayın 16-da keçiriləcək. .

 

75 kq çəki dərəcəsində yarışan Kamran Şahsuvarlı da ilk görüşünü keçirib. O, Desmond Amsterdamla (Qayana) münasibətlərinə aydınlıq gətirib. Rio-2016-nın bürünc medalçısı rəqibini 5:0 hesabı ilə məğlub edərək, mərhələ adlayıb. Şahsuvarlı 1/4 finalda ilk mərhələdən azad olan türkiyəli İhsan Ərdoğanla qarşılaşacaq. Görüş mayın 16-da baş tutacaq. 

 

81 kq çəki dərəcəsində yarışan Rauf Rəhimov isə Hafidz Adli Mohdu (Malayziya) mübarizədən kənarlaşdırıb. Onun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Boksçumuz Əli Xanla (Pakistan) qarşılaşacaq. 

Hər üç idmançımız yarışa 1/8 final mərhələsindən start verəcək.


Digər xəbərlər

Xəbər xətti