Ağır atletimiz 6-cı oldu - YENİLƏNİB

15:17 13 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.

 

Bu gün – ilk yarış gününə çəkisi 56 kq olan kişilər start veriblər. Bu çəkidə Azərbaycanı Elmar Alıyev təmsil edir. Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub. Alıyev zədəsi üzündən təkanla qaldırma hərəkətində yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib. Toplam 233 kq (103+130) nəticə göstərən Elmar bu çəki dərəcəsində 6-cı yeri tutdu.

 

Bu çəki dərəcəsində kişilərin mübarizəsində ilk iki yerə İndoneziya idmançıları sahib olublar. Bu ölkədən olan Surahmad Vijoyo qızıl medal qazanıb. O, birdən qaldırmada 116, təkanla qaldırmada isə 145 kiloqram nəticə göstərib. Ümumilikdə 261 kiloqramı ram edən V.Surahmad rəqiblərini üstələyib.

 

Gümüş medala sahib olan Muhamad Porkan isə toplam 256 kiloqramlıq (115+141 kq) nəticə göstərib. Tunisli Amine Bouhicbha isə 254 kiloqramlıq (113+141 kq) nəticə ilə bürünc mükafata yiyələnib.

 

56 kq

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər

Xəbər xətti