Elmar Alıyev: “Medala ümidim çox idi” - AÇIQLAMA + VİDEO

16:11 13 May 2017

12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk yarış günündə 56 kq çəkidə Azərbaycanı Elmar Aliyev təmsil edib. Atletimiz birdən qaldırma hərəkətini 103 kq-ı ram etməklə başa vurub. O, zədəsi üzündən təkanla qaldırma hərəkətində yalnız 130 kq-ı qaldırmaqla kifayətlənib. Toplam 233 kq (103+130) nəticə göstərən Elmar, bu çəki dərəcəsində 6-cı yeri tutub.


Elmar Aliyev yarışdan sonra AAAF TV-yə müsahibə də verib. O yarışla bağlı təəssüratlarını belə bölüşüb:

 

“Medala ümidim çox idi. Məşqlərdə çox əziyyət çəkmişdim və hazırlıq zamanı etdiyim nəticəni göstərə bilsəydim, ən azı üçüncü yerə sahib ola bilərdim. Əslində, bu, idman şanssızlığı idi: birdən qaldırmada əlim yırtıldı, təkanla qaldırmada isə ayağımdan zədə aldım. İnşallah, növbəti yarışlarda belə şanssızlıq olmaz”.

 

 


Digər xəbərlər

Xəbər xətti