Zidanın "Real"da qalır?

17:23 13 May 2017

“Real” baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə mılumatı İspaniyanın “Marka” nəşri yayıb. Xəbərdə “kral klubu”nun rəhbərliyinin müqavilə müddəti 2017/18 mövsümünün sonunda bitəcək fransalı mütəxəssislə yeni müqavilə bağladığı qeyd edilib. Anlaşmaya əsasən, 44 yaşlı mütəxəssis 2020-ci ilin yayına kimi Madrid təmsilçisinin baş məqşçisi olacaq.

 

Ötən mövsümdən “Real”ı çalışdıran Zidan, klubda keçirdiyi ilk mövsümdəcə Çempionlar Liqasını, Klublararası dünya çempionluğunu və Avropa superkubokunu qazanıb.

 

“Kral klubu” cari mövsümdə Zidanın rəhbərliyi altında ardıcıl ikinci il Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Madrid təmsilçisi La Liqada da çempionluq uğrunda mübarizəni davam etdirir.


Digər xəbərlər

Xəbər xətti