"Göstərdiyim nəticədən razıyam" - Mərziyyə Məhərrəmova - AÇIQLAMA

18:06 13 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

 

Sportarena.az xəbər verir ki, çəkisi 48 kq olan qadınların mübarizəsində Azərbaycanı Mərziyyə Məhərrəmova təmsil edib. O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Qadın atletimiz təkanla qaldırma hərəkətində 85 kq-ı başı üzərinə qaldıra bilib. Toplam 151 kq (66+85) nəticə göstərən Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində 6-cı yeri tutub.

 

Qadın ağır atletimiz yarışdan sonra fikirlərini AAAF TV ilə bölüşüb:

 

“Neçə müddət idi ki, belə mötəbər yarışda iştirak etmirdim. Bu yarış mənim üçün həyəcanlı və gözəl keçdi. Açığı, belə bir nəticə gözləmirdim, çünki rəqiblər çox güclü idilər. Bununla belə göstərdiyim nəticədən razıyam. Məşqlərdə etmədiyim dərəcəni burada etdim. Məşqçilərim də çıxışımdan razı qaldılar. Federasiya prezidentimizə və hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm, qayğı və diqqətlərinə görə də çox sağol deyirəm”.

 

 


Xəbər xətti