"Çox sevinirəm" - Səbinə Əzimova - AÇIQLAMA

20:39 13 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

 

Sportarena.az xəbər verir ki, ilk gündə Azərbaycanın qadın ağır atleti Səbinə Əzimova da mübarizə aparıb. 17 yaşlı atletimiz 53 kq çəkidə bürünc medal qazanıb.

 

O, yarışdan sonra qələbə sevincini AAAF TV ilə bölüşüb:

 

“Çox sevinirəm ki, bürünc medal qazandım. Hətta I və II yerləri də tuta bilərdim, amma alınmadı və nəticədə III yerə layiq görüldüm. Yarış zalında məni dəstəkləyən azarkeşlərə və ümumən hər kəsə öz təşəkkürümü bildirirəm”.

 

 


Xəbər xətti