"Roma" "Yuventus"u çempion olmağa qoymadı - YENİLƏNİB

10:05 15 May 2017

İtaliya A seriyasında 36-cı tura start verilib. 

 

Sportarena.az xəbər verir ki, turun ilk oyununda “Fiorentina” evdə “Latsio”nu məğlub edib - 3:2. Turun mərkəzi oyunu isə bazar günü Romada baş tutacaq. Çempionluğun bir addımlığında olan lider “Yuventus” ən yaxın izləyicisi, 7 xal qabaqladığı “Roma”nın qonağı olacaq. “Qoca sinyora”ya sona iki tur qalmış çempionluğunu rəsmiləşdirmək üçün Olimpiya stadionunda heç-heçə də sərf edir. “Canavarlar” isə “silah”ı vaxtından əvvəl yerə qoymamaq üçün doğma azarkeşləri önündə ÇL-in finalçısını mütləq məğlub etməlidi.

 

İtaliya A seriyası, 36-cı tur

13 may

Fiorentina - Latsio 3:2

Atalanta - Milan 1:1

 

14 may

14:30 İnter - Sassuolo 1:2
17:00 Bolonya - Peskara 3:1
17:00 Kalyari - Empoli 3:2
17:00 Krotone - Udineze  1:0
17:00 Sampdoriya - Kyevo 1:1
17:00 Torino - Napoli 0:5
17:00 Palermo - Cenoa 1:0
22:45 Roma - Yuventus 3:1


Xəbər xətti