“Ağir atletika zamanı” jurnalının xüsusi buraxılışı hazırlanıb

13:20 14 May 2017

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəsmi yayın orqanı olan “Ağır atletika zamanı – Weightlifting Time” jurnalının xüsusi buraxılışı hazırlanıb.

 

Sportarena.az xəbər verir ki, say Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarına həsr edilib. İngilis dilində hazırlanan jurnalda oxucular Oyunlar barədə ətraflı məlumat ala biləcək, AAAF-ın gördüyü işlər, həyata keçirdiyi layihələrlə tanış olacaq, atletlərimizin iştirak etdiyi yarışlar barədə məqalələri, prezident Cahangir Əsgərovun qonaqlara müraciəti, həmçinin vitse-prezident Azər Əliyevin müsahibəsini oxumaq imkanı qazanacaqlar.


Jurnalın elektron versiyasını aşağıdakı linkdən yükləyə bilərsiniz:

AĞIR ATLETİKA ZAMANI


Digər xəbərlər

Xəbər xətti