"Mançester Siti" onunla yolları ayırır - RƏSMİ

15:04 14 May 2017

“Mançester Siti” mövsüm başa çatan kimi Pablo Zabaleta ilə yolları ayıracaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə xəbəri klubun rəsmi saytı yayıb. Məlumatda argentinalı futbolçu ilə müqavilənin uzadılmayacağı qeyd edilib. 32 yaşlı müdafiəçinin adı "Vest Hem"lə hallanır.

 

Zabaleta 2008-ci ildən “Mançester Siti”də çıxış edirdi.


Digər xəbərlər

Xəbər xətti