Tomaş Ayan: ”AAAF çox fəal federasiyadır” - AÇIQLAMA + VİDEO

17:29 14 May 2017

IV İslam Həmrəylik Oyunları çərçivəsində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə yarışları davam edir. Turnirin gedişini izləmək üçün Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tomaş Ayan da Bakıya səfər edib.

 

Sportarena.az xəbər verir ki, qurumun prezidenti yarış zamanı AAAF TV-ə qısa müsahibə də verib və yarışların təşkilat səviyyəsindən razılığını dilə gətirib:


“İlk öncə dəvətə görə təşəkkürümü bildirirəm. Mən ilk dəfə deyil ki Azərbaycandayam. Burada çoxlu dostlarım var. Beynəlxalq Ağır Atletika Federasiyası Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələrin idmançılarına uğurlar arzu edir. Onu da bildirim ki, Azərbaycan Ağır Atletika Federasiyası çox fəal federasiyadır. Bu yarışlardakı təşkilatçılıq çox yüksək səviyyədədir. Mən görülən işlərdən çox məmnunam. Yarış zalı və Ağır Atletika Akademiyası çox möhtəşəmdir. Azərbaycan və paytaxt Bakı da çox dəyişib və inkişaf edir”.

 

 


Digər xəbərlər

Xəbər xətti