Boks yığmamız ilk medalı təmin etdi

22:11 14 May 2017

IV İslam Həmrəyliyi Oyunlarında keçirilən boks yarışlarında 1/4 final mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü, 60 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionu Cavid Çələbiyev türkiyəli Hakan Doğanla (Türkiyə) üz-üzə gəlib. Görüş Çələbiyevin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Bununla da 25 yaşlı idmançı ən azı bürünc medalı təmin edib. Bu, boks yığmamızın təmin etdiyi ilk medaldır.

 

Çələbiyev mayın 17-də keçiriləcək yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə döyüşəcək. 


Digər xəbərlər

Xəbər xətti