Boksçularımız 1/2 finalda - YENİLƏNİB

21:55 15 May 2017

IV İslam Həmrəyliyi Oyunlarını çərçivəsində keçirilən boks yarışlarında 1/4 final mərhələsinin görüşlər davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün yarımfinal üçün yığmamızın 4 üzvü rinqə çıxıb. Onlardan 3-ü qələbə qazandığı halda, 1-i məğlubiyyətə üzülüb. Belə ki, həmyerlilərimizdən ilk olaraq mübarizəyə 49 kq çəki dərəcəsində yarışan Rüfət Hüseynov qoşulub. O, Omid Əhmədisafa (İran) ilə qarşılaşıb. Təəssüf ki, boksçumuzun debütü uğursuz olub. İranlı boksçu 4:1 hesabı ilə qalib gəlməklə, mərhələ adlayıb.

 

Onun ardınca yarışa qoşulan Tayfur Əliyev döyüşünü vaxtından əvvəl başa vurub. 56 kq-da isə ölkəmizin idman şərəfini qoruyan Avropa Oyunlarının mükafatçısı mərakeşli Taoufik Kaçfinı mübarizədən kənarlaşdırıb. Həmyerlimiz ilk raundda rəqibinin qaşını partladıb və qan dayanmadığı üçün qələbə Tayfura verilib. O, mayın 17-də baş tutacaq yarımfinalda özbəkistanlı Abdulxay Şaraxmatovla qarşılaşacaq. 

 

Tamerlan Abdullayev ikinci döyüşünə çıxıb. 69 kq çəki dərəcəsindəki təmsilçimiz qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gəlib. Döyüş Tamerlanın üstünlüyü ilə keçib. Boksçumuz çıxışını 3:0 hesablı qələbə ilə başa vurub.  Abdullayev yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək. Görüş mayın 17-də olacaq. 

 

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov isə turnirdəki ikinci döyüşünə çıxıb. İlk matçda qazaxıstanlı Nurlan Saparbaya qalib gələn idmançımız 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşüb. Görüş ikinci raundda rəqibin mübarizədən imtina etməsi səbəbindən yarımçıq dayandırılıb və dünya çempionumuz qalib elan olunub. Məcidov yarımfinalda Hüsseyn İaşaişlə (İordaniya) üz-üzə gələcək. Görüş mayın 17-də keçirləcək. 

 

Qeyd edək ki, reqlamentə əsasən, yarımfinala yüksəlmiş boksçular ən az bürünc medalı özləri üçün təmin etmiş olurlar.IV İslam Həmrəyliyi Oyunlarını çərçivəsində keçirilən boks yarışlarında 1/4 final mərhələsinin görüşlər davam edir. Apasport.az saytının məlumatına görə, bu gün yarımfinal üçün yığmamızın 4 üzvü rinqə çıxıb. Onlardan 3-ü qələbə qazandığı halda, 1-i məğlubiyyətə üzülüb.


Digər xəbərlər

Xəbər xətti