Millimiz yarımfinalda - YENİLƏNİB

22:24 15 May 2017

Bu gün İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarında qrup mərhələsinə yekun vurulacaq. 

 

Sportarena.az xəbər verir ki, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsində son oyununu keçirəcək. Yığmamız Mərakeşin müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. İlk oyunda Kamerunla qolsuz bərabərliyə qalıb, ikinci görüşdə Səudiyyə Ərəbistanına qalib gələn millimizə qrupdan çıxmaq üçün 1 xal da kifayət edir.

 

Bayıl stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq. 

 

 

İslam Həmrəylik Oyunları: Futbol, A qrupu. 3-cü tur

15 may

18:30 Mərakeş - Azərbaycan 0:0

18:30 Kamerun - Səudiyyə Ərəbistanı 3:0


Xəbər xətti