25-ci qızıl - Bu dəfə idman gimnastımızdan

13:40 15 May 2017

IV İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastımız Murad Ağarzayev Azərbaycanın 25-ci qızıl medalını qazanıb.

 

Sportarena.az xəbər verir ki, Murad Ağarzayev sərbəst hərəkətlər üzrə final mərhələsində 14.400 xalla birinci yeri tutub.

 

Gümüş medala 13.350 xalla Əlcəzair gimnastı Ahmed Anis Maoudc, bürünc medala 13.100 xalla Türkiyə gimnastı Ahmet Öndər layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti