28-ci qızıl snayperlərdən

16:58 15 May 2017

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında atıcılıq yarışlarında növbəti qızıl medalı qazanıb.
 

Sportarena.az xəbər verir ki, qarışıq komanda halında səngər stendində azərbaycanlı snayperlər hamıdan dəqiq olub. Əli Hüseynli və Aydan Camalova rəqiblərini qabaqlayaraq, 43 xalla qızıl medala sahib olublar. Türkiyə gümüş, Qətər isə bürünc medal qazanıb.


Qeyd edək ki, atıcılarımız Azərbaycanın aktivinə 28-ci qızıl medalı yazdırıb.


Digər xəbərlər

Xəbər xətti