“Xəzər Lənkəran”ın yetirməsi "Neftçi"də?

17:38 15 May 2017

Millimizin üzvü Elnur Cəfərovun yeni komandası bəlli olub.

 

Sportarena.az Yeniçağ.az-a istinadən xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasını Azərbaycanda davam etdirəcək. Hazırda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak edən Azərbaycanın U-23 yığmasının düşərgəsində olan Cəfərov “Neftçi” ilə anlaşıb. Qarşıdakı günlərdə tərəflər arasında rəsmi sözləşmə imzalanacaq.

 

Qeyd edək ki, Elnur Cəfərov son olaraq Xorvatiyanın ikinci liqasında mübarizə aparan “Duqopolye”də çıxış edib. O, əsas komandası fəaliyyətini dayandıran “Xəzər Lənkəran”ın yetirməsidir.


Xəbər xətti