Elnarə Abbasova: “Bu mənim sevinc göz yaşlarım idi” - AÇIQLAMA + VİDEO

18:36 15 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün çəkisi 63 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Firuzə İbrahimova ilə yanaşı Elnarə Abbasova da medal mübarizəsi aparıb. Elnarə birdən qaldırma hərəkətində 82 kq, təkanla qaldırma hərəkətində isə 102 kq-ı ram edib. Toplam 184 kq (82+102) nəticə göstərən atletimiz bu çəkidə bürünc medal qazanıb.

 

Qadın ağır atletimiz yarışdan sonra fikirlərini və sevinc hislərini AAAF TV ilə bölüşüb:

 

“Belə bir nəticəni gözləmirdim və çox sevincliyəm. Mən əziyyətimi çəkən məşqçilərimə təşəkkürümü bildirirəm və qarşılarında baş əyirəm. Yarış zalında göz yaşlarımı saxlaya bilmədim. Bu, mənim sevinc göz yaşlarım idi”.

 

 


Xəbər xətti