Çinlilər bu hərəkətinə görə Lavezzinin qovulmasını tələb edir - FOTO

18:56 15 May 2017

Çinin “Hebey Fortuna” klubunun argentinalı futbolçusu Ezekiel Lavezzi bu ölkədə tənqid obyektinə çevrilib.

 

Sportarena.az xəbər verir ki, Lavezzinin diqqət mərkəzinə düşməsinə onun şəkil çəkdirərkən etdiyi hərəkət səbəb olub. Klubun yaydığı şəkildə futbolçu “qıyıq göz” hərəkəti edib ki, bu, yerli əhali tərəfindən birmənalı qarşılanmayıb. Hətta onun ölkədən qovulması belə tələb edilib. Klub məsələylə bağlı hələ ki, heç bir açıqlama verməyib.

 

Lavezzi hazırda dünyanın ən çox qazanan futbolçularından biri hesab edilir. Qeyri-rəsmi məlumatlara görə, 32 yaşlı futbolçu Çində ilinə 50 milyon avro qazanır.

 


Digər xəbərlər

Xəbər xətti