Anastasiya İbrahimli: “Qızıl medal qazandığıma görə çox sevinirəm” - AÇIQLAMA + VİDEO

20:15 15 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün çəkisi 69 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Burada Fidan Hüseynzadə ilə yanaşı Anastasiya İbrahimli də medal mübarizəsi aparıb.

 

Anastasiya birdən qaldırma hərəkətində 100 kq-ı ram edib. Atletimiz təkanla qaldırma hərəkətində isə 119 kq-ı başı üzərinə qaldırdı. Toplam 219 kq (100+119) nəticə göstərən Anastasiya İbrahimli bu çəki dərəcəsində qızıl medala sahib çıxdı. Anastasiya İslam Həmrəyliyi İdman Federasiyalarının tarixində bu çəkidə birdən qaldırma hərəkətində bir, təkanla qaldırma hərəkətində 2, toplamda 2, ümumilikdə isə 5 rekord yenilədi.


İdmançımız yarışdan sonra qızıl medal sevincini AAAF TV ilə bölüşdü:

 

“İslam Həmrəyliyi Oyunları çox yaxşı təşkil olunub. Mən ölkə prezidentinə və federasiyamızın rəhbərinə təşəkkürümü bildirirəm. Bu gün qazandığım qızıl medal mənim və məşqçimin zəhmətidir. Allaha şükürlər olsun ki, yarışda iştirak etdim və medal qazandım. Buna görə çox sevinirəm”.

 

 


Digər xəbərlər

Xəbər xətti