Qurban Qurbanov 6 pillə gerilədi

13:02 16 May 2017

Dünyanın ən yaşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, siyahıda “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adları var. Ötən cədvəldə 450-ci pillədə olan Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov 6 pillə geriləyib. Təcrübəli mütəxəssis aktivindəki 1361 xalla 456-cı yerdə qərarlaşıb.
 
 
“Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə reytinqdə 5 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 650-cidir.


Siyahıya isə “Real”ın çalışdırıcısı Zinəddin Zidan başçılıq edir. Onun aktivində 16860 xal var. 2-ci yerdə 14204 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 13821 xalla 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti