"Kəpəz" bəyanat yaydı - "Sumqayıt"a keçən futbolçuya görə

13:24 16 May 2017

Gəncənin “Kəpəz” klubu bəyanat yayıb.

 

Sportarena.az xəbər verir ki, bəyanatda deyilir:

 

“Yeni mövsüm öncəsi transfer işləri çərçivəsində “Kəpəz”in əsas komandasının baş məşqçisi Şahin Diniyevin məlumatı əsasında Gəncə klubunun Vüqar Bəybalayevlə razılığa gəlməsi haqda “kapazpfc.az” saytında xəbər vermişdik. Yarımmüdafiəçi baş məşqçi ilə danışıqlarda komandada daha bir il qalması barədə şifahi razılıq vermişdi. Lakin sonradan kluba müraciət edən Bəybalayev, “Sumqayıt”a keçmək istədiyini bildirmiş və onun istəyi rəhbərlik tərəfindən qəbul edilmişdir. Oxucularımızdan bunu nəzərə almalarını xahiş edirik”.


Xəbər xətti