Rəhimov və Şahsuvarlı qalib gəldi - YENİLƏNİB

22:23 16 May 2017

IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi başa çatıb. 

 

Sportarena.az xəbər verir ki, bu gün rinqə çıxan 4 boksçumuzdan ikisi qələbə qazanıb, ikisi məğlub olub. Günə Elvin İsayev start verib. 64 kq çəkidə yarışacaq təmsilçizim İslamiadada ilk görüşün keçirib. O, 1/4 finalda özbəkistanlı Aliyor Noraliyovla münasibətlərinə aydınlıq gətirib və 2:3 hesablı məğlubiyyətə üzülüb.

 

81 kq-dakı təmsilçimiz Rauf Rəhimov pakistanlı Əli Xanla üz-üzə gəlib. O, ilk görüşündə olduğu kimi 1/4 finalda da 5:0 hesablı qələbəyə sevinib. Rəhimov yarımfinal qarşılaşmasına sabah çıxacaq. İdmançımız Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

 

1/8 final mərhələsində türkiyəli Ömər Koça qalib gələn Məsud Yusifzadə (52 q) yarımfinala vəsiqə üçün Abrorjon Kodırovla (Özbəkistan) üz-üzə gəlib. Döyüş rəqibin üstünlüyü ilə başa çatıb. Yusifzadə 1:4 hesabı ilə uduzub.

 

Desmond Amsterdamla (Qayana) 1/8 final görüşündən qalib ayrılan Kamran Şahsuvarlı (75 kq) türkiyəli İhsan Ərdoğanı yolundan kənarlaşdırıb. O, bu dəfə də 5:0 hesabı ilə qalib gəlib. 

 

Təmsilçimiz sabah baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək. 

 

Beləliklə, sabah keçiriləcək yarımfinalda Azərbaycan millisi 7 boksçu ilə təmsil olunacaq. Rəhimov və Şahsuvarlıya qədər Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da yarımfinala yüksəlib.


Digər xəbərlər

Xəbər xətti