Millimizə qol vuran futbolçu Premyer Liqamızda?

14:56 16 May 2017

Şimali İrlandiya millisinin və İngiltərənin "Norviç" klubunun futbolçusu Kayl Lafferti karyerasını Azərbaycanda davam etdirə bilər. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "Norviç"in şotlandiyalı futbolçusu Rassel Martin məlumat verib. O, 29 yaşlı futbolçunun təkliflərə açıq olduğunu deyib:

 

"Kayl istənilən təkliflərə açıqdır. O, karyerasını Azərbaycanda və Qazaxıstanda davam etdirə bilər. Gözləyək, bütün məsələlərə yaxın günlərdə aydınlıq gələcək. Ancaq onu deyə bilərəm ki, Kayl son vaxtlar əla formadadır".

 

Qeyd edək ki, Lafferti bu mövsüm "Norviç"in heyətində 17 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçında (4:0) ilk qolun müəllifi olmuşdu.


Digər xəbərlər

Xəbər xətti