Ruslandan 4-cü qızıl

Sportarena.az      16 May 2018, 16:32

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qalib gələrək İslamiadada dördüncü qızıl medalını qazanıb.

 

Sportarena.az xəbər verir ki, idmançımız hamıdan çox - 240.7 xal toplayıb. İkinci yerə türkiyəli Yusuf Dikec, üçüncü yerə isə pakistanlı Muhammad Şehzad Aktar çıxıb. Digər idmançılarımız Rəsul Məmmədov və Tahir Ağazadə isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

 

Qeyd edək ki, Ruslan Lunyov Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub. Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib. Mayın 15-də isə Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını aktivinə yazdırıb. İdmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq çempion olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin