Rövşən Fətullayev bürünc medala sevindi

22:04 16 May 2017

Bakıda keçirilən IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün çəkisi 94 kq olan kişilər də körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Nailxan Nəbiyev və Rövşən Fətullayev medal mübarizəsinə qoşulublar.

 

Nailxan Nəbiyev birdən qaldırma hərəkətində 162 kq, təkanla qaldırma hərəkətində 198 kq-ı ram edib. Toplam 360 kq (162+198) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub.

 

Rövşən Fətullayev birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 211 kq-ı ram edib. Toplam 376 kq (165+211) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 3-cü yeri tutub.

 

Fəxri kürsüdə medalı ona Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərov təqdim edib.

 

Bu çəki dərəcəsində qızıl medala toplam 381 kq (169+212) nəticə ilə iranlı atlet Əyyub Musəvi sahib çıxıb. Gümüş medalı isə 380 kq (170+210) nəticə ilə özbəkistanlı Farxodbek Sobirov qazanb.


Xəbər xətti