Morata Zidana belə etiraz etdi - FOTO

11:40 17 May 2017

“Real”ın hücumçusu Alvaro Morata La Liqanın 37-ci turunda “Sevilya”ya qarşı keçirilən oyunda əvəzlənməsindən narazı qalıb. 
 

Sportarena.az xəbər verir ki, Morata meydanı tərk edərkən “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan əlini ona tərəf uzadıb. Lakin Alvaro fransız mütəxəssisin əlini sıxmaqdan imtina edib. 

 

Qeyd edək ki, daha əvvəl mətbuatda Moratanın “Real”dakı durumundan narazı olduğu və bu səbəbdən də karyerasını “Milan”, “Arsenal” və ya “Çelsi”də davam etdirə biləcəyi barədə xəbərlər yayılıb. 

 


Digər xəbərlər

Xəbər xətti