“Federasiya prezidenti mənə dedi ki, Olimpiadada görüşərik” - Rövşən Fətullayev - AÇIQLAMA

12:27 17 May 2017

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir. Bu gün çəkisi 94 kq olan kişilər körpücük üzərinə çıxıblar.

 

Sportarena.az xəbər verir ki, yığmamızın üzvlərindən Nailxan Nəbiyevlə yanaşı Rövşən Fətullayev də medal mübarizəsi aparıb. Rövşən Fətullayev birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 211 kq-ı ram edib. Toplam 376 kq (165+211) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 3-cü yeri tutub. Fəxri kürsüdə medalı ona Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərov təqdim edib.

 

Ağır atletimiz yarışdan sonra sevinc hislərini AAAF TV ilə bölüşüb və zəhməti olan hər kəsə təşəkkürünü bildirib:

 

“İslam Həmrəyliyi Oyunlarına hazırlıqlarımı Tofiq Heydərovun sayəsində AAAF Park Yaşayış Kompleksində keçdim. Həqiqətən də o, federasiyaya gələndən sonra çox işlər görülüb, qazanılan medalların sayı artıb. Mən burdan Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova da öz minnətdarlığımı bildirirəm. Bu gün onu gördüm, çox qürurlandım. Mükafatlandırma mərasimində medalı mənə o təqdim etdi və dedi ki, Olimpiadada görüşərik. Mən məşqçim Hafiz Süleymanova da təşəkkürümü bildirirəm. O, mənimlə çox əziyyət çəkdi. Mənim rəqiblərim də çox güclü idi. Bu sırada Özbəkistan və İran idmançılarını demək olar. Əsas rəqiblərimdən biri də Misir idmançısı idi. Şükürlər olsun ki, gücümü göstərdim və medalımı qazandım”.


Digər xəbərlər

Xəbər xətti