Çunayev qızılı əldən verdi - Şok məğlubiyyət

12:52 17 May 2017

Rio Yay Olimpiya Oyunlaının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında uğursuzluğa düçar olub.

 

Sportarena.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan başlayan güləşçimiz Akrem Bucemlinlə (Əlcəzair) qarşılaşmada vaxtından əvvəl qələbə qazanaraq (8:0) yarımfinala yüksəlib. 1/2 finalda isə o, İran güləşçisi Məhəmmədəli Gərayi (İran) ilə görüşüb və 5:6 hesabı ilə uduzaraq finala çıxa bilməyib. R.Çunayev bundan sonra yalnız üçüncü yer uğrunda yarışacaq.

 

Qeyd edək ki, R.Çunayev bu yarışın əsas favoritlərindən hesab edilirdi.


Xəbər xətti