Rafael Ağayev: "Uşaqlıqda konduktor işləyirdim, indi hər şey qaydasındadı" - AÇIQLAMA

13:08 17 May 2017

Azərbaycanın tanınmış karate ustası, müxtəlif yarışlarda dəfələrlə çempion olmuş Rafael Ağayev kasıb olduğu və heç kimin onu tanımadığı keçmiş günləri haqda danışıb.

 

Sportarena.az xəbər verir ki, Rafael Ağayev keçmişinə görə utanmadığını deyib:

 

“Utanmıram və açıq deyirəm: uşaqlıqda avtobusda konduktor işləyirdim. O zaman qəbul olunduğu kimi, “bir nizami” qışqırırdım. İndi hər şey qaydasındadı. Evim var, qardaşıma da ev almışam.

 

Mən çox az sayda yaxın qohumumla əlaqə saxlayıram. Digərlərindən kənar gəzirəm. Xasiyyətim belədi. Çempion olmadığım vaxtlar qapımı döymürdülər”.


Digər xəbərlər

Xəbər xətti