Prosineçki Samir Abasovu Xorvatiyaya göndərdi

15:21 17 May 2017

Xorvatiyanın "Dinamo" klubu (Zaqreb) ilə "Sumqayıt" arasında əldə olunmuş razılığa əsasən, “kimyaçılar”ın baş məşqçisi Samir Abasov və akademiyanın koordinatorları Baba Əsgərovla Sabir Əliyev adıçəkilən klubun düşərgəsinə yollanıb.

 

Sportarena.az kluba saytına istinadən xəbər verir ki, təcrübə qazanmaq məqsədi ilə 15-20 may tarixlərində baş tutacaq səfər AFFA-nın və Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin dəstəyi ilə həyata keçirilib.

 

Təcrübə məqsədiylə ölkə xaricindəki klublardan birinə yollanmaq Samir Abasov və Baba Əsgərovun UEFA-nın "Pro" kateqoriyalı məşqçi kurslarını uğurla başa vurması üçün önəmli şərtlərdən biridi. Sabir Əliyev isə bu səfər zamanı adıçəkilən klubun aşağı yaş qruplarında qurulmuş sistemlə yaxından maraqlanacaq.

 

Ümumilikdə isə hər üç məşqçi Xorvatiyada olduğu 5 gün müddətində "Dinamo"nun məşq prosesini izləməklə yanaşı, akademiyanın iş prinsipi ilə də yaxından tanış olacaq. Məşqçilər Xorvatiyada olduğu müddətdə U-17 Avropa çempionatının final oyununu da izləyəcək.


Digər xəbərlər

Xəbər xətti