İniesta ata oldu - 3-cü dəfə

17:04 17 May 2017

"Barcelona"nın yarımmüdafiəçisi Andres İniesta növbəti dəfə ata olub.

 

Sportarena.az xəbər verir ki, onun qızı dünyaya gəlib. İniesta və Anna Ortiz cütlüyü qıza Siena adını veriblər. Futbolçu instagram səhifəsində bu barədə paylaşım edib.

 

İniesta Ortizlə 2012-ci ildə ailə qurub. Onların Valeriya (6 yaş) və Paolo Andrea (1.5 yaş) adlı iki övladı var. 


Digər xəbərlər

Xəbər xətti