Kərəm Türkiyəni Almaniyaya dəyişdi - AÇIQLAMA

17:26 17 May 2017

Türkiyə millisində oynamağa razılıq verən “Hoffenhaym”ın futbolçusu Kərəm Dəmirbay son anda qərarını dəyişib.

 

Sportarena.az xəbər verir ki, 23 yaşlı futbolçu Almaniya millisində oynamağa qərar verib. O, açıqlamasında fikirlərini belə izah edib:

 

“Yoahim Löv tərəfindən Almaniya millisinə dəvət aldığım üçün özümü xoşbəxt hiss edirəm. Almaniyada doğulmuşam və bu ölkənin millisinin formasını geyinmək qürurvericidir. Mənim uşaqlıq xəyalımı gerçəkləşdirən hər kəsə təşəkkür edirəm”.

 

Qeyd edək ki, Kərəm Dəmirbay daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında forma geyinib.


Digər xəbərlər

Xəbər xətti