Çunayev və Məmmədov “bürünc” qazandı

18:58 17 May 2017

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.

 

Sportarena.az xəbər verir ki, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev bürünc medalın sahibi olub. 71 kq çəki dərəcəsində mübarizə aparan idmançımız medal uğrunda  türkiyəli İlkər Sönməzlə qarşılaşıb. Rəqibinə qalib gələn Çunayev “bürünc”lə kifayətlənməli olub.

 

59 kq çəkidə çıxış edən Murad Məmmədov da üçüncü olub. O, son görüşündə iordaniyalı Rayek Mustafa Alqadeyə qalib gəlib.


Xəbər xətti