Güləşdən 1 qızıl, 1 gümüş

22:36 17 May 2017

Azərbaycan  "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında  güləş yarışlarında  növbəti medallarını qazanıb.

 

Sportarena.az xəbər verir ki, turnirdə 98 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Orxan Nuriyev qızıl medal uğrunda görüşdə  Uzur Juzupbekovla (Qırğızıstan) qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Orxan Nuriyev rəqibini 5:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin çempionu olub.

 

80 kq çəkidəki idmançımız Rafiq Hüseynov isə finalda Yusef Qaderianaya (İran) uduzaraq gümüş medalla kifayətlənib.


Digər xəbərlər

Xəbər xətti