99 medaldan 50-i qızıl

23:56 17 May 2017

“Bakı-2017”də bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, bu gün idmançılarımız daha 9 qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 50-yə çatıb. Komandamız bu gün 5 gümüş və 4 bürüncü də aktivinə yazdıraraq medal sayını 99-a çatdırıb. Bu nəticə ilə millimiz ikinci pillədəki yerini qoruyub.

 

Birinci yeri 54 qızıl medalla Türkiyə, üçüncü pilləni 14 qızıl medalla İran tutur.


Xəbər xətti