Sportarena.az
20 Noyabr 2017

İslamiadada qeyri-adi hadisə - İki idmançıya qızıl medal verildi

12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında eyni növdə iki qızıl medal verilib.

 

Sportarena.az xəbər verir ki, nadir hallarda təsadüf olunan bu hadisə atletikada yaşanıb. Qadınların şüvüllə tullanma yarışında qalibi müəyyənləşdirmək olmayıb. Belə ki, bu növdə çıxış edən 4 idmançıdan ikisi eyni nəticə göstərib.

 

Türkiyəlilər Busə Arıkazan və Demet Parlak eyni nəticə göstəriblər. Onların hər ikisi 4,15 m tullanmağı bacarıb. Hər iki atlet bu hündürlüyü ilk cəhddən  ram etdiyindən türkiyəlilər arasında heç biri üstünlük qazanmayıb. Nəticədə hər iki idmançıya qızıl medal verilib.

 

Tunisli Sirin Balti isə 4,00 m nəticə ilə bürünc mükafat əldə edib. Dörd iştirakçı arasında sonuncu yeri tutan təmsilçimiz Yelena Qladkova 3,70 m nəticə göstərib.

Tarix
18.05.17 [11:35]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio