Güləşçilərdən 3 qızıl medal - YENİLƏNİB

22:03 18 May 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi yarışlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, daha 4 pəhləvanımız medallar uğrunda mübarizə aparıb. Bütün idmançılarımız yarışa 1/4 final mərhələsindən start veriblər. Günün yekununda Kamran Məmmədov, Elvin Mürsəliyev və İslam Abbasov "qızıl" əldə etdiyi halda, Sabah Şəriəti bürünc mükafatla kifayətlənib.

 

İlk gündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz IV İslam Həmrəyliyi Oyunlarını ümumilikdə 8 medalla (4 "qızıl", 1 "gümüş", 3 "bürünc") başa vurublar.   


Digər xəbərlər

Xəbər xətti